Biznesinizin hüquq problemlərində yanınızdayıq.
Sahibkarlıq fəaliyyətinə fiziki və yaxud hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə başlanılır. Hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət qeydiyyatına alınır. Bundan əlavə, sahibkarlar “İcazələr və lisenziyalar haqqında” Azərbaycan Respublikasının Qanununda sadalan fəaliyyət növləri ilə məşğul olmaq üçün müvafiq icazə və lisenziyanı əldə etdikdən sonra fəaliyyətə başlaya bilər. Sahibkarlıq subyektlərinin həyata keçirdikləri əməliyyatların rəsmiləşdirilməsi, onların maraq, hüquq və vəzifələrini ifadə edilməsi, məsuliyyətinin müəyyənləşdirilməsi, əməliyyatlarının sığortalanması və sair məqsədlərlə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər tərtib edilir. Həmçinin, bağlanılması gözlənilən müqavilələr yaxud digər növ əqdlər yoxlanılır və qanunun tələbləri rəhbər tutulmaqla sahibkarın maraqlarına uyğunlaşdırılır. Bəzi əməliyyatların icrası üçün müvafiq dövlət orqanları və ya qurumlarından sertifikatların, şəhadətnamələrin alınması zərurəti yaranır. Belə ki, qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər üçün qida təhlükəsizliyi sertifikatı, malların ixracına dair mənşə sertifikatı, malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı, əmtəə nişanlarının və ya müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektinin qeydiyyatı haqqında şəhadətnamələrin əldə olunması və s. buna misal ola bilər. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində mübahisəli məsələlər yarana bilər ki, bu halda, sahibkarın maraq və mənafeyinin müdafiəsi məqsədilə onun müvafiq qurumlarda, mediasiya, məhkəmə orqanlarında təmsil edilməsi zərurəti yaranır. Müəyyən məsələlərin həlli üçün dövlət orqanlarına sorğuların göndərilməsi və yaxud onlar tərəfindən göndərilən sorğuların cavablandırılmasını gərəkli olur.
Sadalanan məsələlərin həlli istiqamətində “IDEOVATE CONSULTING” MMC sizə aşağıdakı hüquq xidmətlərini təklif edir:
1) Hüquqi şəxslərin dövlət qeydiyyatı və qeydiyyat məlumatlarında dəyişikliklərin həyata keçirilməsi;
2) İcazə və lisenziyaların alınması;
3) Müqavilələrin və digər növ əqdlərin tərtib olunması və ekspertizası;
4) Müvafiq sertifikat və şəhadətnamələrin alınması;
5) Əcnəbilərə iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması;
6) Mediasiya qurumları, məhkəmə dövlət idarəetmə orqanları, digər hüquqi və fiziki şəxslər qarşısında sahibkarın təmsil olunması;
7) Dövlət orqanları və digər qurumlara sorğuları n göndərilməsi və daxil olan sorğuların cavablandırılması və digər hüquq xidmətlərinin həyata keçirilməsi
8)Müqavilələrin və digər alt sənədlərin tərtib olunması və ekspertizası;
9)Hüquqi rəyin verilməsi;
10)Dövlət orqanları və digər qurumlara sorğuların göndərilməsi;
11)Hüquqi şəxsin dövlət qeydiyyatı və qeydiyyat məlumatlarında dəyişikliklərin həyata keçirilməsi;
12)Əmtəə nişanlarının alınması
13)Əcnəbilərə iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması;
14)Mediasiya qurumlarında, məhkəmə və digər inzibati orqanlarda hüquqi şəxsin təmsil olunması;
15)Məktubların və digər hüquqi sənədlərin tərtibi
Hüquqlarınızı qorumağa hazırıq!
Biznes hüququnuzu mütəxəssislərə əmanət edin
Şirkətinizin hüquqi normalara cavab verməsi üçün buradayıq. Biz sizə biznesinizin hüquqi probləmləri varsa, onları göstərməyə, hüquqi öhdəliklərinizi yerinə yetirməyə və gələcək maliyyə qərarlarınızı planlaşdırmağa köməklik göstəririk. Hüquqi prosedurlar sahəsində biznes hüququ istənilən uğurlu biznes üçün zəruri olan məqamların geniş əhatə dairəsinə malikdir. Bu aspektlərə şirkətin qeydiyyat prosesi, bank hesabların açılması, gündəlik əməliyyatların idarə edilməsi və biznesin əldə edilməsi ilə bağlı əməliyyatların işlənməsi daxildir. Bundan əlavə, biznes hüququna aşağıdakılar daxildir: müqavilələrin bağlanması və icrası podratçılar və işçilərlə mübahisələrin həlli biznesin ümumi uğurunun ayrılmaz hissəsi olan digər hüquqi məsələlərin idarə edilməsi