Audit xidmətləri

Düzgün uçot ilə gələcəyə güvənli addımlayırıq!

Audit, əmtəə istehsalı, satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun sürətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanılmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. "Ideovate Consulting" kimi hökumətin və müəssisənin maraqli qruplarının maraqlarını birləşdirən beynəlxalq səviyyədəki şirkətlərə yardım göstəririk. Onlara müəyyən risklərin qarşısının alınmasında, gündəlik şirkətdaxili audit yoxlanışlarında köməklik edirik. Biz audit olunan şirkətin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaqla bərabər, şirkətin maliyyə vəziyyətini, hesabat nəticələrini və pul vəsaitlərini bütün əhəmiyyətli aspektlər baxımından nəzərdən keçirir, hesabatların dolğun və dəqiq əks etdirilməsinə zəmin yaradırıq.

"Ideovate Consulting" kimi şirkət olaraq aşağıdakı audit xidmətlərini təklif edirik:

İllik maliyyə (mühasibat) hesabatlarının auditi:

Azərbaycanın milli mühasibat uçotu standartlarına uyğun maliyyə (mühasibat) auditi;
Beynəlxalq maliyyə uçot standartlarına uyğun maliyyə hesabatının auditi;
Maliyyə hesabatlarının tərtib edilməsi və nəzərdən keçirilməsi;
Maliyyə təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması.
Xüsusi təyinatlı hesabatlar və tapşırıqlar üzrə rəy:

Nizamnamə kapitalının formalaşdırılmasının təsdiqi;
Emisssiya paketi üzrə rəy;
Vergi bəyannamələri üzrə rəy;
Dövlət satınalmalarında iştirak edən müəssisələrlə bağlanan müqavilələr üzrə rəy;
Aidiyyatı olan şəxslərlə bağlanan müqavilələr üzrə rəy;
Daxili nəzarət sisteminin qiymətləndirilməsi;
İnformasiya sistemləri və nəzarət sisteminin təftişi;
Xüsusi təyinatlı hesabatlar və tapşırıqlar üzrə rəy.
Əmlak və digər mülkiyyət obyektlərinin qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi:

Maddi aktivlərin qiymətləndirilməsi üzrə;
İntellektual mülkiyyət obyektlərinin və “know-how”-ların qiymətləndirilməsi:

 

 

Şirkətin əməliyyat və hesablarının nəzərdən keçirilməsi üçün müstəqil audit aparılır. Qanun hər bir şirkəti mühasibat sənədlərini saxlamağa məcbur edir. Auditlər şirkət sahibləri və CEO-lar üçün faydalıdır, çünki onlar vaxtında düzəldilə biləcək hər hansı mühasibat xətalarını və ya buraxılmışları aşkar edirlər.

Şirkət işlərinin vəziyyətinə həqiqi və ədalətli baxılması üçün maliyyə auditi həyata keçirilir. Bundan başqa, şirkət öz hesablarının hansı aspektlərinin auditə ehtiyacı olduğunu müstəqil olaraq aydınlaşdıra bilər. Bu siyahı şirkətin böyüklüyündən və onun biznesinin spesifik təbiətindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.

Auditin məqsədi:

  • Şirkətin uğurlarına təsir edən amillərə aydın baxış əldə etmək;
  • Səhmləri, buraxılmışları və saxtakarlıqları müəyyən etmək;
  • Risklərin qarşısını almaq;

Auditiniz bizim nəzarətimizdədir.

Daha Yaxşı Nəticələr Əldə Etmək Üçün Bizə Müraciət Edin

Auditiniz bizim nəzarətimizdədir.
Auditiniz bizim nəzarətimizdədir.

Şirkətinizin maliyyə sağlamlığı və müvəffəqiyyəti mühasibat uçotunun düzgün və nizamlı idarə olunmasından asılıdır. Mühasibat uçotu sizə biznesinizin maliyyə vəziyyətini anlamağa, vergi öhdəliklərinizi yerinə yetirməyə və gələcək maliyyə qərarlarınızı planlaşdırmağa imkan verir. Bununla belə, mühasibat uçotu mürəkkəb və vaxt aparan ola bilər, ona görə də peşəkar mühasiblərlə əməkdaşlıq sizə əhəmiyyətli üstünlüklər qazandırır.

Ödənişsiz məsləhət alın

video production
Gmt gg
Armastek
DmGroup
10Line
Qaynar xətt nömrəsi 0102520651