- Ideovate Consulting 2019-cu il iyul ayından fəaliyyətə başlamışdır. Fəaliyyət sahəsini audit xidmətləri, qiymətləndirmə, vergi xidmətləri, mühasibat xidmətləri, kadr xidmətləri, təlimlərin təşkili, sənaye sahəsi üzrə mühasibat uçotunun təşkili, Nəqliyyat Rabitə və Sığorta sahəsi üzrə mühasibat uçotunun təşkili, ticarət sahəsi üzrə mühasibat uçotunun təşkili, istehsal sahəsi üzrə mühasibat uçotunun təşkili, tikinti sahəsi üzrə mühasibat uçotunun təşkili, mehmanxana xidməti sahəsi üzrə mühasibat uçotunun təşkili, Kənd Təsərrüfatı sahəsi üzrə mühasibat uçotunun təşkili, İctimai İaşə sahəsi üzrə mühasibat uçotunun təşkili, Turizm sahəsi üzrə mühasibat uçotunun təşkili və s. sahələr əhatə edir. Əsas məqsədi sahibkarlara dəstək olmaq, qazanclarını bol olması, xərclərinin minimum az olmasına çalışmaq,qanun çərçivəsində sənədləşmə işlərinin aparılması, qurulan işin uğurlu alınmasıdır.
Qısa müddətdə bir çox sahibkarların rəğbətini qazanmışdır və onların böyük uğurlara imza atmasında şirkətimizin böyük rolu olmuşdur.
İdeovate Consulting hal-hazırda 100-dən çox şirkətlə və fərdi sahibkarlarla əməkdaşlıq edir. Yeni işə başlamaq istəyən şəxslərə şirkətin açılması və fəaliyyətdə olduğu müddətdə bütün sənədləşmə və digər işlərini aparmağı təklif edir.
Şirkətimizin Balaxanı Tullantı Emalı Zavodu ilə əməkdaşlığı sayəsində, zavodda qurulmuş labaratoriyada 7 elmi işçimiz hal hazırda dünya təcrübəsinə əsaslanaraq, torpaqların tullantılardan təmizlənib, keyfiyyətinin artırılması, yenidən istifadəyə verilməsi, çirkab suların təmizlənib suvarmada istifadə olunması və s. sahələr üzrə elmi işlərini davam etdirirlər.
Daima yeniliklər edən, inkişaf etməkdə olan İdeovate Consulting işçilər üçündə bilik səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif “Özünü inkişaf proqramları” təşkil edir.
Həmçinin sahibkarlar, fiziki şəxslər üçün və digər şirkətlərdə mühasib vəzifəsində çalışan şəxslər üçün də fəaliyyət sahələri üzrə mütəmadi olaraq seminarlar təşkil olunur.
Əlavə olaraq, İdeovate Consulting Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə gələcək karyeralarında dəstək olmaq məqsədilə onlara 3-6 aylıq təmənnasız təcrübə proqramı keçməyə şərait yaradır. Bu proqramdan yararlanan bir çox tələbə hal hazırda şirkətimizdə mühasib, kadr xidmətləri üzrə mütəxəssis və s. vəzifələrdə çalışırlar.