"Kartdan-karta" əməliyyatı edən sahibkarları daha hansı böyük risklər gözləyir?

Bildiyiniz kimi son günlərdə ölkəmizdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirləri həyata keçirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur. 

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq qeyd edirik ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

Həmçinin İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanununa əsasən.Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Biz bilirik ki, pərakəndə satışla məşğul olub, dövriyyəsi 200000-dək olan sahibkarlar 2%, dövriyyəsi 200000-dən çox olan sahibkarlar isə 18% vergi ödəyicisi olurlar.Bu dövriyyə 200000 manatı keçdikdə, bir problem yaşanır ki, bu sahibkarların böyük kütləsi sənədsiz məhsul alırlar. Elektron qaimə olmadığı üçün qanuna müvafiq şəkildə bu şəxslər 18% ƏDV vergisi və 20% (cəm olaraq 38%) mənfəət və ya gəlir vergisi ödəməli olurlar.Xərcləri təsdiq edən sənəd olmadıqda vergi yükü artır.

Biz Dövlət vergi xidmətinə təklif edə bilərik ki, mikro və kiçik sahibkarlar üçün fürsət yaradılsın.Və bu fürsətə əsasən bu sahibkarlar 2024-cü il 31 dekabradək əldə etdikləri sənədsiz malları sənədləşdirə bilsinlər. Beləliklə dövriyyəsi 200000 manatı keçən kiçik sahibkarlar problemləri həll edə bilsinlər.

Sahibkarlara isə təklif edirik ki, bundan sonrakı alışlar zamanı qarşı tərəfdən elektron-qaimə tələb etsinlər. Bununla da illik dövriyyəsi 200000 manatı keçən sahibkarlar, rahat əvəzləşmə əməliyyatını yerinə yetirə bilsinlər və satdıqları malları xərc olaraq göstərə bilsinlər.

Hər bir kiçik biznes gələcəkdə böyük biznesə çevrilir.Uğurlu biznes qurmaq istəyirsinizsə, düzgün mühasibat uçotu qurmaq əsas şərtdir. Biz peşəkar şəkildə uçot siyasəti qurulmasını özümüzə prioritet olaraq qəbul edirik.

Bizimlə saytımız və ya sosial şəbəkələrimiz vasitəsilə əlaqə saxlayın, sizə sərfəli şərtlərlə güvənilir xidmətlər təklif edək.

Qaynar xətt nömrəsi 0102520651