Vəzifə təlimatlarının verilməsi
Sahibkarlar üçün biznesin inkişafının düzgün irəliləməsində, vacib olan məqamlardan biri də kadrlar üçün vəzifə təlimatlarının doğru tərtib edilməsidir. Bəs nədir vəzifə təlimatı?
Vəzifə təlimatları müəssisənin işçilərinin təşkilati-hüquqi vəziyyətini, funksiyalarını, hüquq və vəzifələrini, məsuliyyətini, ona qarşı irəli sürülən ixtisas tələblərini müəyyən edir. Vəzifə təlimatının mətni aşağıdakı hissələrdən ibarət olur:
I. Ümumi müddəalar - burada işçinin fəaliyyətinin sahəsi, vəzifəyə təyin edilmə və vəzifədən azad edilmə qaydaları, işçi olmadığı zaman əvəz olunma qaydaları, vəzifənin ixtisas tələbləri, işçinin tabeçiliyi (tabe olduğu şəxs, və ona tabe olan şəxslər), işçinin fəlaiyyəti zamanı mütləq bilməli olduğu və istifadə etdiyi hüquqi aktların və normativ sənədlərin siyahısı.
II. Funksiyalar - burada işçinin fəaliyyət istiqamətləri müəyyən edilir;
III. Vəzifə öhdəlikləri - burada işçinin üzərinə qoyulan öhdəliklər, yerinə yetirməli olduğu əmək prosedurlarının təsviri, idarəetmə prosesində iştirak forması (rəhbərlik edir, yerinə yetirir, təsdiqləyir, nəzərdən keçirir, təmin edir, nəzarət edir, hazırlayır, təqdim edir, razılaşdırır və s.)
IV. Hüquqlar - burada işçinin üzərinə qoyulmuş vəzifə öhdəliklərinin icrası zamanı öz səlahiyyətləri çərçivəsində malik olduğu hüquqları əks olunur.
V. Məsuliyyət - burada işçinin üzərinə qoyulmuş vəzifələrinin keyfiyyətsiz və vaxtında yerinə yetirilməməsinə görə, və ona həvalə edilmiş hüquqlardan istifadə etmədiyinə görə məsuliyyətə cəlb ediməsi halları, məsuliyyət növləri və tədbirləri əks olunur.
VI. Qarşılıqlı əlaqələr və xidməti münasibətlər - burada işçinin fəaliyyəti zamanı əlaqədə olduğu və məlumat mübadiləsi apardığı vəzifəli şəxslərin dairəsi, məlumatların təqdim edilməsi və alınması müddətləri, sənədlərin imzalanması, razılaşdırılması və təsdiqlənməsi qaydaları müəyyən edilir
Vəzifə təlimatları struktur bölmənin rəhbəri tərəfindən, əgər müəssisədə struktur bölmələr yoxdursa, o zaman, bu vəzifədə çalışan mütəxəssis tərəfindən hazırlanır və imzalanır, müəssisənin hüquqşunası ilə razılaşdırılır, və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. İşəgötürən əmək müqaviləsi imzalanmazdan əvvəl işçini vəzifə təlimatı ilə tanış etməlidir. Vəzifə təlimatı işçinin tanış olması üçün ona verilir və işçi tərəfindən imzalanır. İşçi vəzifə təlimatı ilə tanış olaraq, onu imzaladığı andan etibarən başqa vəzifəyə keçirilənə və ya işdən çıxarılana qədər təlimatın tələblərini yerinə yetirməlidir.
Vəzifə təlimatı işəgötürənin və işçinin davranışının hüquqiliyini müəyyənləşdirməyə də kömək edir. Məhz bütün bu sadalanlara görə təşkilatlarda vəzifə təlimatlarının tərtibi və tətbiqi vacibdir. Müvafiq standartalara uyğun olaraq vəzifə təlimatlarında aşağıdakı rekvizitlərin olması vacibdir: sənədi hazırlayan təşkilatın adı, sənədin adı, tarix, qeydiyyat nömrəsi, tərtib olunduğu yer, təsdiq qrifi, sənədin başlığı, əlavənin olması ilə bağlı qeyd, razılaşdırma vizası, razılaşdırma qrifi, sənədin icraçısının imzası. Vəzifə təlimatı daxili təşkilati-normativ sənəddir, onun əslinin (birinci nüsxəsi) sonuncu səhifəsinin arxa tərəfində uyğun şöbə(lər)nin rəhbər(lər)i və hüquqşünas tərəfindən razılaşdırma vizası qoyulur. Sənəd təşkilatın rəhbərinin əmri və ya kollegial orqanın qərarı ilə təsdiq edilir. Təsdiqetmə qrifi birinci səhifənin yuxarı sağ güncündə yerləşdirilir. Razılaşdırma qrifi isə sənədin sonunda yerləşdirilir. Vəzifənin daşıyıcısı sənədlə tanış olması haqqında qeydin qarşısından imza atır. Vəzifə təlimatının strukturu adətən aşağıdakı şəkildə olur:
Xidmətin əsas faydaları:
• Vəzifələr arasında konflikt tamamilə aradan qaldırılacaq,
• İş bölgüsü effektiv tənzimlənəcək,
• Ştat cədvəli üzrə iyearxiya bölgüsü düzgün şəkildə aparılacaq,
• İşçilərin demotivasiyası kimi hallar aradan qaldırılacaq,
• İşçilərin iş yükləri aydın şəkildə ölçüləcək və optimallaşdırılması üçün təkliflər veriləcək,
• Gələcək vəzifə və iş bölgüsünün ədalətli şəkildə artması üçün sistem qurulacaq.
Xidmətin davam etmə müddəti: 1-3 ay
Xidmətdən gözlənilən nəticə: Şirkətdə iş bölgüsünün ədalətli şəkildə bölünməsi nəticəsində konfliktlər azalacaq və işçilər müəssisənin biznes hədəflərinə doğru birgə çalışacaqlar.
Əməkdaşlarınız üçün doğru şəkildə vəzifə təlimatının verilməsini istəyirsinizsə, İdeovate Consultingin peşəkar HR komandasına güvənə bilərsiniz.