HR auditi kimlərə şamil olunur?
HR audit illәr boyu tәtbiq edilәn maliyyә vә mühasibatlıq auditi tәcrübәsindәn yaranmış vә hәr bir şirkәt üçün onlar qәdәr önәmlidir.İdeovate Consulting şirkәtinin keçirdiyi HR audit HR üzrә problemlәrin aşkar olunmasına vә şirkәtdә HR prosedurların/prinsiplәrin tәtbiqinin yoxlanılmasına xidmәt edir. HR audit kadrlarının fәaliyyәtinin sәmәrәliliyini qiymәtlәndirmәk üçün dә istifadә olunur.
Şirkәtlәr bir çox sәbәblәrә görә HR audit hәyata keçirirlәr:
HR ilә әlaqәli problemlәri aşkarlamaq vә aradan qaldırmaq
HR ilә әlaqәli imkanları axtarıb tapmaq
Kadrlardan sәmәrәli istifadәni tәmin etmәk
HR departamentin yaxşı idarә edilmәyi vә potensial çәtinliklәrin öhdәsindәn gәlәrәk imkanları dәyәrlәndirdiyi barәdә әminlik formalaşdırmaq
Şirkәtin ictimai nüfuzunu qorumaq vә yüksәltmәk
Auditin keçirilmә üsulu, adәtәn, onun keçirilmә mәqsәdindәn asılı olaraq müәyyәn edilir.
Audit prosesi necə aparılır?
HR audit müxtәlif mәrhәlәlәr üzrә hәyata keçirilir. Hәr bir mәrhәlә auditin sonunda şirkәtlәrin HR fәaliyyәti, statusu barәdә dolğun mәlumat әldә etmәlәrini tәmin etmәk mәqsәdi ilә daha әvvәl gәlәn mәrhәlә üzәrindә qurulmuşdur. Mәrhәlәlәrә aşağıdalkılar daxildir:
- Auditin başlama tarixi barәdә mәlumatlandırmaq
- Yerindә baxış
- Mәlumat toplama
- Toplanmış mәlumatın tәhlili
- Audit hesabatı
- Auditin faydalarının tәtbiqi
Audit, HR departamentin fәaliyyәtinә faydalarını vermәklә yanaşı, elәcә dә onun digәr departament menecerlәri vә mütәxәssislәri arasında peşәkar imicinin formalaşmasına sәbәb olur. Audit sayәsindә HR departamentin әsas vәzifәlәrini daha yaxşı müәyyәn etmәk vә formalaşdırmaq mümkündür. Tәrәfimizdәn hәyata keçirilәn HR auditin әn vacib tәrәfi şirkәt daxilindә problemlәri aşkar etmәk vә әmәk qanunvericiliyinә, şirkәtin strateji planlaşdırmaya müvafiqliyini tәmin etmәkdәn ibarәtdir. Audit nәticәsindә:
- HR departamentinin şirkәtә faydaları müәyyәn edilir
- HR-ın peşәkar nüfuzu güclәndirilir
- HR departamentinin işçilәri arasında mәsuliyyәt vә peşәkarlıq stimullaşdırılır
- HR departamentinin öhdәlik vә vәzifәlәri müәyyәnlәşdirilir
- HR siyasәt vә tәcrübәlәrin yeknәsәkliyi tәmin edilir
- HR sahәdә ciddi problemlәr aşkarlanır
- Hüquqi tәlәblәrә müvafiqlik tәmin edilir
- Daha sәmәrәli HR prosedurların tәtbiqi vasitәsilә insan resursları sahәsindә xәrclәr azaldılır
- HR departamentindә ehtiyac olan dәyişikliklәrin tәsdiqi üçün şәrait yaradılır
- HR departamentinin mәlumat sisteminin tam nәzәrdәn keçirilmәsi tәlәbi irәli sürülür
HR Audit peşәkarlıqla keçirildiyi tәqdirdә HR departamentin nüfuzuna müsbәt tәsir edәrәk onun şirkәtә verdiyi faydaların hәcmini artırmış olur.