DTA 01, 02, 03, 04, 05

DTA 01, 02, 03, 04, 05

İkiqat vergitutma — bir şəxsin və ya təşkilatın eyni gəlir, mənfəət və ya əmlak üzərində iki fərqli ölkə tərəfindən vergiyə cəlb olunmasını ifadə edir.Bu vəziyyət, beynəlxalq ticarət, sərmayə yatırımları və ya xarici gəlirlər əldə edən şəxslər üçün problem yarada bilər.

Azərbaycanın da bir çox ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələri mövcuddur. Bu müqavilələr konkret vergiləri və tətbiq edilən şərtləri tənzimləyir.İkiqat vergitutmanın qarşısını almaq və investorların təşviq edilməsi məqsədilə bir çox ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr (Double Taxation Agreements, DTAs) bağlanır. Bu müqavilələrin əsas məqsədi:

  1. Vergi yükünün azaldılması — şəxslərin və ya şirkətlərin eyni gəlirə iki dəfə vergi ödəməkdən qorunması.
  2. Vergi öhdəliklərinin aydınlaşdırılması — hər bir ölkənin hansı vergiləri tətbiq edəcəyini müəyyən etmək.
  3. Vergidən yayınmanın qarşısının alınması — vergi məlumatlarının mübadiləsi vasitəsilə şəffaflığın artırılması.

İkiqat vergitutmanın qarşısını almaq üçün iki əsas metod tətbiq olunur:

  • Vergi kreditləri ( Tax Credit) — şəxs və ya şirkət, xarici ölkədə ödənilən verginin miqdarını öz ölkəsində ödəməli olduğu vergidən çıxmaq hüququ əldə edir.
  • Vergidən azadetmə (Tax Exemption) — xarici ölkədə əldə edilən gəlir və ya mənfəət ümumiyyətlə şəxsin və ya şirkətin vətənində vergiyə cəlb edilmir.

“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları (bundan sonra - Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 14-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsi qaydalarını müəyyənləşdirir.

 

Paylaş:
Qaynar xətt nömrəsi 0102520651