Azərbaycan fondu 10 ayda 7 milyard dollardan çox gəlir əldə edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 01 noyabr 2023-cü il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Marja.az xəbər verir ki, Fond 2023-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) AÇG yatağından 5 milyard 865,8 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 1 milyard 183 milyon ABŞ dolları olmaqla cəmi 7 milyard 48,8 milyon ABŞ dolları gəlir əldə edib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 259 milyon 554 min ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, ARDNF 2022-ci ilin 10 ayında AÇG yatağından 8 milyard 326 milyon ABŞ dolları, Şahdəniz yatağından 1 milyard 209 milyon ABŞ dolları olmaqla cəmi 9 milyard 535 milyon ABŞ dolları gəlir əldə etmişdi.