ALIŞ AKTI ÜZRƏ DƏLƏDUZLUĞA SON!
Bildiyimiz kimi, Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə istinadən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək lazımdır.
Həmçinin Vergi Məcəlləsinin müvafiq maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Nağdsız Hesablaşma Haqqında Qanunun Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən yalnız 3.5 ci maddəsində yer alan malları nağd qaydada satın ala bilər.
Vergi ödəyicisi Nağdsız Hesablaşma Haqqında qanunun tələblərini gözləməlidir. Digər tərəfdən Vergi Məcəlləsinin xüsusi maddələrini nəzərə almaqla elektron alış aktıyla alınan malın satışı həyata keçirilən zaman VM-nin 14.6.5 ci maddəsinin müddəaları gözlənilməklə satılan malın maya dəyəri xərc kimi tanınmalıdır və ya Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən Şərti Rentabellik Norması tətbiq edilməlidir.
Hal-hazırda alış aktı vasitəsilə dələduzluq edənlər də mövcuddur. Onlar süni şəkildə vətəndaşların adından alış aktı təyin edirlər. Və beləliklə vətəndaş üçün süni vergi yükü yaranır.
Bəs bunun qarşısını necə almaq olar?
Nazirlər Kabinetinin 20 noyabr 2024-cü il tarixli qərarına əsasən “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilib.
Dəyişiklikdən öncə vergi ödəyicisi vətəndaşdan mal aldıqda vergi sistemində “elektron alış aktı” tərtib etdikdən sonra gücləndirilmiş elektron imza ilə təsdiq edirdi. Nazirlər Kabinetinin yeni qərarı ilə ilə vergi ödəyicisi ilə yanaşı mal təqdim edən vətəndaşın elektron alış aktını təsdiq etməyə ehtiyac olacaq. Yeni dəyişikliyə əsasən, Qaydaların 2.1-ci bəndin ikinci cümləsində “və” sözü “, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra” sözləri ilə əvəz edilib. Beləliklə, Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.
Misal. Vergi ödəyicisi vergi ödəyicisi olmayan vətəndaşdan 300 manatlıq mal alır. Bu zaman vergi ödəyicisi vergi sistemində sənədi hazırlayacaq. Vergi ödəyicisi elektron alış aktı sənədini hazırlandıqdan sonra təsdiq üçün vətəndaşa göndəriləcək. Bu zaman malları təqdim edən vətəndaşın öz adına qeydiyyatda olan mobil nömrə olması mütləq tələbdir. Vətəndaş öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS-i təsdiq etdikdən sonra vergi ödəyicisinə elektron imza ilə təsdiq imkanı yaradılacaq
2025-ci ildə Vergi Məcəlləsində bir sıra mühim dəyişikliklər olacaq, bildiyimiz kimi. Bu dəyişikliklərdən xəbərsiz olan və uçotu düzgün qurulmayan sahibkarlar, cərimələnə bilərlər. Bu halın qarşısını almaq üçün işinizi peşəkarlara əmanət edin. Biz maliyyə uçotunun düzgün qurulması haqqında sizə konsultasiya təqdim edirik. Konsultasiyadan yararlanmaq üçün bizə müraciət edin!