İş yerlərinin attestasiyası

İş yerlərinin attestasiyası

İş Yerlərinin Attestasiyasının keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələbdir. Mülkiyyət və təşkilati-hüquqi formasından və fəaliyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatlar həyata keçirilməlidir. Qanuna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinin və Azərbaycan Respublikası (AR) Nazirlər Kabinetinin 06.03.2000-ci il tarixli 38 saylı Qərarına əsasən əmək şəraitindən asılı olmayaraq işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. Müəssisələrdə iş yerlərinin attestasiyası əməyin mühafizəsi tədbirlərinin təmin olunması, istehsal sanitariyası və gigiyenası vəziyyətinin müəyyən edilməsi və yaxşılaşdırılması, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnika və texnologiyanın tətbiqi məqsədi ilə həyata keçirilir.İş yerlərinin Attestasiyası hər 5 ildən bir aparılmalıdır.

ATTESTASİYANIN KEÇİRİLMƏSİ MƏQSƏDLƏRİ
➢ İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin müəyyən edilməsi;
➢ İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi;
➢ İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələrinin qiymətləndirilməsi

 

İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin müəyyən edilməsi.
Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı iş yerində mövcud olan bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi qiymətləndirilir.

 

İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi
İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin əsas obyektləri:
✓ istehsal avadanlıqları;
✓ qurğular və alətlər;
✓ təlim və tədris vasitələri ilə təmin olunma.

 

İşçilərin fərdi mühafizə vasitələri (FMV) ilə təmin edilmənin qiymətləndirilməsi
✓ zərərlik və təhlükəsizlik dərəcələri üzrə;
✓ zədə təhlükəsizliyi dərəcələri üzrə;
✓ işçilərin fərdi mühafizə vasitələrlə ilə təmin edilməsi, bu vasitələrin səmərəliliyi üzrə;

 

İş yerlərinin attestasiyası zamanı ölçməsi aparılan əmək şəraiti faktorları (hər bir iş yeri üçün)

1.0 FİZİKİ FAKTORLAR

1.1. İşıqlanma (təbii, süni)
1.2. Mikroilim parametrləri (temperatur, nisbi rütubət, hava axını)
1.3. Atmosfer təzyiqi
1.4. Səs-küy (ekvivalent səs, dBa)
1.5. Titrəmə (lokal titrəmə, ümumi titrəmə)
1.6. İonlaşmamış şüalanma – sənaye tezlikli elektromaqnit şüalanma (kompyuter, müxtəlif istehsalat avadanlıqları və s.)
1.7. İonlaşmamış şüalanma – radiodiapozon şüalanması (yüksək tezlikli, ultra yüksək tezlikli,ən yüksək tezlikli)
1.8. İonlaşdırılmış şüalanma – alfa, betta, qamma, neytron şüalanması

2.0 KİMYƏVİ FAKTORLAR - I, II, III, IV sinif təhlükəli maddələr
2.1. CO (dəm qazı)
2.2. O2 (Oksigen)
2.3. H2S (hidrogen sulfid)
2.4 .LEL qazlar (Partlayış təhlükəli qazlar)
2.5. CH4 (Metan)
2.6. CO2 (Karbon qazı)
2.7 CxHy (karbohidrogenlər)
2.8 NH3 (ammoyak)
2.9 İstehsalat tozu
2.10 Aerozollar

3.0. BİOLOJİ FAKTORLAR
3.1. Mikroorqanizm produsentlər, daxilində canlı hüceyrələr və mikroorqanizmlərin sporları olan preparatlar
3.2. Patogen mikroorqanizmlər (xüsusilə təhlükəli infeksiyalar, digər yoluxucu xəstəliklərin törədiciləri)

4.0 PSİXOFİZİOLOJİ FAKTORLAR - ƏMƏYİN AĞIRLIĞI
4.1 Fiziki dinamiki yük (2 yarımbölmə üzrə)
4.2 Əl ilə qaldırılan və daşınan yük (5 yarımbölmə üzrə)
4.3 Steriotip işçi hərəkətlər (2 yarımbölmə üzrə)
4.4 Statik yük (3 yarımbölmə üzrə)
4.5. İşçi vəziyyəti (3 yarımbölmə üzrə)
4.6. Gövdənin əyilməsi (2 yarımbölmə üzrə)
4.7. Məkanda yerdəyişmə (2 yarımbölmə üzrə)

5.0 PSİXOFİZİOLOJİ FAKTORLAR - ƏMƏYİN GƏRGİNLİYİ
5.1 Zehni gərginlik (4 yarımbölmə üzrə)
5.2 Diqqət gərginliyi (8 yarımbölmə üzrə)
5.3 Emosional gərginlik (4 yarımbölmə üzrə)
5.4 Əməyin yeksənəkliyi (4 yarımbölmə üzrə)
5.5 İş rejimi (3 yarımbölmə üzrə)
* Ölçmələr hər bir nöqtə üçün 3 dəfə aparılır və nəticədə orta qiymət götürülür.
1 nöqtə - hər bir işçinin olduğu iş yeirdir.

 

ÖLÇMƏ AVADANLIQLARI: İstifadə edilən avadanlıqlar Azəbaycan Respublikası qanunvericilik çərçivəsində müvafiq sürətdə kalibrasiya sertifikatlarına malikdir.

 

ÖLÇMƏ SXEMİ: İş yerlərində ölçmələrin aparıldığı nöqtələr xüsusi iş yerləri, ümumi iş yerləri, avadanlıqlar ətrafı, işçilərin təmasda olduğu müxtəlif iş ərazilərini əhatə edəcək.

 

2.0. İŞ YERLƏRİNİN ATTESTASİYASININ SƏNƏDLƏŞDİRİLMƏSİ
2.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu:
✓ əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu;
✓ iş yerləri üzrə attestasiya xəritələri;
✓ müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə Tədbirlər Planı;

2.2. İş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı:
✓ İstehsalat amilləri dərəcələrinin instrumental ölçülmələri protokolu;
✓ Əmək prosesinin ağırlığı və gərginliyinin müəyyən edilməsi protokolu;
✓ İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi protokolu;
✓ İşçilərin fərdi mühafizə vasitələri ilə təminatının qiymətləndirilməsi protokolu;
✓ Əmək şəraiti vəziyyətindən asılı olan tarif (vəzifə) maaşlarına artım əmsalının minimum miqdarının müəyyən edilməsi;
✓ Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən vəzifələrin müəyyən edilməsi;
✓ İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli vəzifələrin müəyyən edilməsi;
✓ İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi zərurəti olan vəzifələrin müəyyən edilməsi;
✓ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin müəyyən edilməsi
✓ İşçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli peşə və vəzifələrin müəyyən olunması;
✓ Peşə və vəzifələrin yerlərdə görülən işlərə uyğun adlandırılmasında uyğunsuzluqların aradan qaldıırlması;
✓ Peşə və vəzifələrin uyğun heyət kateqoriyasına (fəhlə və qulluqçu) əsasən təsnifatlaşdırılmasında uyğunsuzluqların aradan qaldıırlması;
✓ İş yerlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yağın təhlükəsizliyinə dair çatışmazlıqlar aşkarlandıqda müştəriyə problemin aradan qaldırılmasına dair konsultasiyanın verilməsi.

2.3. İş yerlərinin attestasiyasının nəticəsi
Qanunvericilik üzrə tələb edilən sənədlər toplusunun mövcudluğu, işçilərə qanunvericiliklə müəyyən edilmiş zərərliyə görə (mövcud olduqda) imtiyazların müəyyən edilməsi və əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının hazırlanması.
Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur:
✓ qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
✓ qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması;
✓ peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli;
✓ işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;
✓ işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi;
✓ iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;

✓ əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.

 

Hesabat və Xidmətlər
Müəssisələrdə əmək şəraiti üzrə iş yerlərinin attestasiyası prosedurun icrası

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin (fiziki, kimyəvi, bioloji, psixofizioloji) instrumental ölçmələr vasitəsilə faktiki göstəricilərinin müəyyən edilməsi;
  • İş yerlərinin zədə təhlükəsizliyin qiymətləndirilməsi prosedurun icrası;
  • İşçilərin fərdi mühafizə vasitələri (FMV) ilə təmin edilmənin qiymətləndirilməsi prosedurun icrası;
  • Attestasiya nəticəsində şərtli attestasiya edilmiş iş yerlərinin sağlamlaşdıırlması üzrə Tədbirlər Planının hazırlanması;
  • İstehsalat amilləri dərəcələrinin instrumental ölçülmələri, əmək prosesinin ağırlığı və gərginliyinin müəyyən edilməsi, iş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi və işçilərin FMV ilə təminatının qiymətləndirilməsi üzrə protokolların hazırlanması;
  • Əmək şəraiti vəziyyətindən asılı olan tarif (vəzifə) maaşlarına artım əmsalının minimum miqdarının müəyyən edilməsi;
  • Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən vəzifələrin müəyyən edilməsi;
  • İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli vəzifələrin müəyyən edilməsi;
  • İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi zərurəti olan vəzifələrin müəyyən edilməsi;
  • Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin müəyyən edilməsi;
  • İşçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli peşə və vəzifələrin müəyyən olunması;
  • Peşə və vəzifələrin yerlərdə görülən işlərə uyğun adlandırılmasında uyğunsuzluqların aradan qaldıırlması;
  • Peşə və vəzifələrin uyğun heyət kateqoriyasına (fəhlə və qulluqçu) əsasən təsnifatlaşdırılmasında uyğunsuzluqların aradan qaldırılması;
  • İş yerlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yağın təhlükəsizliyinə dair çatışmazlıqlar aşkarlandıqda müştəriyə problemin aradan qaldırılmasına dair konsultasiyanın verilməsi;
  • Nazirlər Kabinetinin 38 saylı qərarının 1.7-ci bəndinin icrasına dair konsultasiyanın verilməsi.

 

 

Qaynar xətt nömrəsi 0102520651