Korporativ hüquq

Korporativ hüquq nədir?

Korporativ hüquq kommersiya hüququ institutu olaraq, hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. 

Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir.

Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir.

Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir.

Korporativ hüquq xidməti üçün niyə məhz Ideovate Consulting şirkətini seçməlisiniz?
Bizim korporativ hüquq xidmətlərimiz müştərilərimizin ehtiyaclarına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müxtəlif istiqamətlidir və ən uğurlu təcrübələrə söykənir.
Xidmətlərimiz bizdən tələb olunan korporativ və şirkət hüququ məsələsinin bütün hüquqi və vergi tənzimləmələrini nəzərə alaraq, real həyat təcrübələrinə əsaslanır. Xidmətlərimiz hüquqi şəxslərin birləşdirilməsindən başlayaraq restruktizasiyası (yenidən təşkili), birləşməsi və qoşulması, hüquqi şəxsin müflisləşməsi və ləğv olunmasına qədər, korporativ və hüquqi şəxslərə dair qanunvericiliyinin bütün aspektlərini əhatə edir.
Şirkətlərin qoşulması və birləşməsi, kommersiya qurumlarında səhmlərin alqı-satqısı, şirkətlərin korporativ siyasəti və qaydaları, korporativ restruktizasiya və sağlamlaşdırma, yerli tərəfdaşların cəlb olunduğu ortaq və birgə müəssisələr, qeyri-kommersiya əməliyyatlarının tənzimlənməsi, müflisləşmə və iflas, ləğv və bazardan çıxış qaydaları bizdən ən çox sorğu edilən xidmətlərdəndir. Bu və bir çox digər korporativ hüquq məsələlərinə aid hər hansı suala məmnuniyyətlə cavab verərməyə hazırıq, bunun üçün bizimlə əlaqə salamağınızı xahiş edirik.


Korporati hüquq xidmətləri sahəsində aşağıdakıları təklif edirik:
 
- Azərbaycanda şirkətlərin qeydiyyatı, digər hüquqi şəxslərin yaradılması, fiziki şəxslər həmçinin hüquqi şəxslər üçün bank hesablarının açılması;
- şirkətin nizamnaməsinin (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması;
- nümayəndəlik və filialların yaradılması və qeydiyyatı;
- etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və yenidən işlənməsi;
- işçilər və direktorlar üçün əmək müqavilələrinin tərtibi;
- Azərbaycanda olan şirkətin vergi və hüquqi ekspertizası (due diligence);
- hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr  və ayrılma şəklində yenidən təşkili;
- Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi, müflisləşmə və iflas proseslərinin təhlili və bu sahədə məsləhətlər, bu proseslərdə hüquqi şəxslərin və onların payçılarının təmsil edilməsi;
- hüquqi şəxslərin kreditorlarının və ya debitorlarının hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün iflas hallarında və ləğvetmə proseslərinə uyğun ümumi hüquqi məsləhətlərin verilməsi;
- müflisləşmə zamanı əmlakın idarə edilməsi;
- paylar üzrə əməliyyatlar, payçılar arasında olan razılaşmaları, investisiya razılaşmaları, Azərbaycanda və ya xaricdə birgə saviblarlıq fəaliyyətinə dair razılaşmaların hazırlanması və bu hallar üzrə vergi və hüquq məsləhətləri;
- müflisləşmə ilə əlaqədar restruktrizasiya və sağlamlaşdırma;
- müflisləşmə və ləğvetmə.

Qaynar xətt nömrəsi 0102520651