İdeovate Consulting

Maliyyəçi CEO-dan sahibkarlara məsləhətlər

Bu blogumuzda şirkətimizin qurucusu Nailə Namazova, sahibkarlara maliyyə üzrə məsləhətlər verib. Gəlin məqalə ilə yaxından tanış olaq:

“Mən Nailə Namazova, Ideovate Consulting şirkətinin baş direktoru (CEO-su), eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi nəzdində Auditorlar Palatasının üzvüyəm. Maliyyə sahəsində 20 ildən artıq təcrübəyə malikəm. Bu illər ərzində müxtəlif şirkətlərdə baş mühasib və maliyyə direktoru vəzifələrində çalışmışam və bu təcrübə mənə biznesin real ehtiyaclarını həm daxildən, həm də xarici nəzarət baxımından dərinliklə anlamağa imkan verib.

 

Elə bu təcrübə sayəsində də bu şirkəti qurarkən bəzi məqsədlərim var idi.

Şirkətimizin məqsədi — sahibkarlara düzgün maliyyə əsasları ilə dayanıqlı inkişaf üçün dəstək verməkdir.Əfsuslar olsun ki, bir çox hallarda sahibkarlar düzgün uçot siyasətinin və maliyyə strukturunun olmaması səbəbindən çətinliklərlə üzləşir və nəticədə ya zərərlə işləyirlər, ya da fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalırlar.”

 

Biz Ideovate Consulting olaraq aşağıdakı sahələr üzrə peşəkar xidmətlər təqdim edirik:

 • Uçot siyasətinin hazırlanması və tətbiqi;

 • Vergi uçotunun tənzimlənməsi və optimallaşdırılması;

 • Maliyyə və mühasibat uçotunun qurulması və müşayiəti;

 • Audit xidmətləri.

 

Biznesin sağlam şəkildə böyüməsi üçün güclü maliyyə təməli vacibdir. Biz bu yanaşmanı sadəcə məsləhətçi olaraq deyil, sahibkar olaraq da anlayırıq. Ona görə də verdiyimiz tövsiyələr nəzəri deyil, praktik və real biznes ehtiyaclarına uyğun olur.

 

Sizinlə əməkdaşlıq etməyə, partnyorluq qurmağa və ya biznesin maliyyə sabitliyi, şəffaflığı və inkişafı ilə bağlı istənilən məsələdə dialoqa açığıq.

Qaynar xətt nömrəsi 0102520651