Audit rəyinin vacibliyi
Audit – təsərrüfat subyektlərində maliyyə hesabatlarının və mühasibat uçotunun dəqiq və düzgün aparılmasının müstəqil yoxlanılmasıdır.
Auditor xidməti dedikdə isə təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, təhlil aparmaq, ekspertiza və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin doğruluğunu təsdiq etmək və digər xidmətləri göstərmək nəzərdə tutulur.
Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Mülkiyyətçilər auditora auditin aparılması üçün lazım olan bütün sənədləri, registrləri və hesabatları dəqiq və düzgün təqdim etməkdə məsuliyyət daşıyırlar. Onlar eyni zamanda auditorun sorğusuna dair yazılı və ya şifahi formada izahatlar verməyə borcludurlar.
Aşağıda qeyd olunan audit növləri vardır:
- Məcburi və könüllü;
- Təsərrüfat fəaliyyətinin auditi;
- Daxili və kənar;
- Maliyyə hesabatının auditi və xüsusi;
- Uyğunluq;
- Dövlət orqanlarının tapşırığı ilə təşkil olunan məcburi (icbari) audit;
- Əməliyyat;
- Auditor xidmətinin digər növləri
Audit yoxlaması hansı formalarda həyata keçirilir?
Audit yoxlaması iki formada həyata keçirilə bilər:
- məcburi audit – qanunla nəzərdə tutulan hallarda, həmçinin öz təsərrüfat maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün həyata keçirilməsi nəzərdə tutulan audit
- könüllü audit – yuxarıdakı hallardan başqa digər bütün hallarda təsərrüfat subyektinin təşəbbüsü ilə həyata keçirilən audit.
Audit yoxlamasının sonunda auditor təşkilatı və ya auditor tərəfindən rəy verilir.
Auditor rəyi sərbəst auditor və ya auditor təşkilatının imzası və möhürü ilə təsdiqlənən təsərrüfat subyektinin illik maliyyə hesabatlarının doğruluğuna, maliyyə vəziyyətinə, mühasibat uçotunun ümumi vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə verdiyi qiyməti əks etdirən və hüquqi əhəmiyyəti olan, vahid forması olan rəsmi sənəddir.
Həmçinin auditor rəyinin təhvil-qəbul aktı auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsini müəyyən edən sənəddir. Auditor rəyi müəyyən edilmiş forma əsasında tərtib edilir.
Auditor təşkilatlarının fəaliyyəti “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir. Onların işinə nəzarət isə Auditorlar Palatası tərəfindən həyata keçirilir.
İdeovate Consulting 2019-cu ildən Auditorlar Palatasının üzvüdür. Bu üzvlük nəticəsində fikizi və hüquqi şəxslərə Audit rəyinin verilməsi xidmətinin təqdim edirik. Bundan əlavə olaraq mühasibatlıq, hüquq, HR və vergi xidmətlərimizdən də yararlana bilərsiniz.