Uğurlu layihələrimizdən biri olan AzeRobot
İdeovate Consulting yeni şirkət yarandığı ilk gündən dəstək olmağa çalışır. O şirkətlərdən biri də AzeRobot education robototexnika tədris mərkəzidir. Mərkəzin yaranması, hər filial üçün şəhər və qəsəbələrdə məkanların düzgün ərazidə təyin olunması, təmir olunması, bəzi filialların tikintisi, açılışı, mühasibatlıq və hr işlərinin aparılmasında öz dəstəyimizi göstəririk. AzeRobot ilə biz böyük uğurlara imza atmışıq. Onlardan biri Cənubi Koreyanın Neopia şirkəti ilə əməkdaşlıq edərək, robototexnika təhsil sistemini Azərbaycanda ilk dəfə AzeRobotda tədrisinə müvəffəq olmuşuq. Bundan əlavə ADA, ADNSU və s. ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək bu sahə üzrə təhsil alan tələbələrin tədris mərkəzində mentor kimi çalışmasına şərait yaradılmışdır. AzeRobot hal hazırda Teknofest Azərbaycan, Robotzadə, AKTA və s. digər şirkətlərlə əməkdaşlıq edir.