İdeovate Consulting müştəri şirkətlərindən biri olan AzeRobot education 2 ilə yaxındır fəaliyyət göstərir. Şirkətin fəaliyyətə başladığı ilk gündən mühasibatlıq, hüquq, audit və hr xidmətləri göstəririk. Qısa müddətdə böyük uğurlara imza atan AzeRobot növbəti uğuru 14-15 yanvar 2023-cü il tarixdə keçirilən ART 2023 robototexnika turniri oldu. ART 2023 yeni abadlaşdırılmış son zamanlar kreativ yerli və xarici turistlərin marağına səbəb olan Balaxanı qəsəbəsində keçirildi.
Balaxanı İdman Kompleksində keçirilən turnirdə 12 kateqoriya üzrə 162 komanda, 450-dən çox iştirakçı iştirak etdi. İştirakçılar arasında Bakı Anadolu Türk Liseyi, Hədəf Şirkətlər qrupu, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya və AzeRobot Koroğlu, Sahil, Pirşağı, Şəhriyar, Balaxanı, Maştağa, Binəqədi, Bilgəh, Ramana filiallarının şagirdləri var idi.
Yarışın şəffaflığını qorumaq məqsədilə bir çox mütəxəssislər və qonaqlar dəvət olunmuşdu. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Naziri müavini Ramil Cabbarov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Prezidenti Elvin Balacanov, Azərbaycan Texniki Universitetin Rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev, Azərbaycan Texniki Universitetin texniki dəstək qrupunun rəhbəri, Elektronika üzrə mütəxəssis Rauf Mehrabov, “TEKNOFEST Azərbaycan” layihəsinin rəhbəri Mübariz Abdullayev, Bilim Bakı mərkəzinin direktoru Yusuf Polat, İnterprobe – CiSo şirkətinin rəhbəri Mahir Yüksəl, Hədəf Şirkətlər Qrupunun Təsisçisi və Direktoru Şəmil Sadiq, Türkiye Maarif Vakfı Azərbaycan Ülke Temsilcisi İbrahim Balım, Azərbaycan Uluslararası Maatif Okulları Müdürü Ertuğrul Toy, STEAM Azərbaycan Robototexnika üzrə mütəxəssisləri Elməddin Musayev və Hüseyn Abdulov, Robotzadə şirkətinin direktoru Ahmet Özaslan, Gaming League Azerbaijan (GMT) direktoru Adil Mahmudov, GMT sport direktoru Aleksandr Xitrov, İdeovate Consulting MMC direktoru Nailə Namazova, Baku Creative Center MMC direktoru Emin Ələkbərov və telejurnalist Lalə Əliyeva qonaqlar arasında idilər.
Qonaqların ən çox diqqətini çəkən yeniyetmələrin iştirak etdiyi open category kateqoriyasında balaca dünyaları ilə düşünüb, hazırladıqları layihələr, sumo, line follower, xətt izləyən və s. kateqoriyaları üçün isə xüsusi strategiya düşünüb, proqramlaşdırdıqları döyüşən, yarışan robot maşınlar oldu.
Kompleksin hazırlanması üçün, çəkiliş qrupunun, iştirakçıların, qonaqların və heyətin qidalanması, turnir üçün xüsusi hazırlanmış geyimlərin və reklam xərclərinin qarşılanması, hesablanması İdeovate Consulting tərəfindən aparılmışdı.